“Kəpəz”in baş məşqçisinə vaxt verildi
Baxılıb: 721 Tarix: 04-09-2025 14:45

“Kəpəz” klubunun İdarə Heyətinin iclasında bəzi qərarlar qəbul edilib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə klubun Mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, görüşdə İdarə Heyətinin sədri, üzvləri və baş məşqçi Adil Şükürov iştirak ediblər. İclasda komandanın Premyer Liqanın ilk üç turunda göstərdiyi nəticələr müzakirə olunub.
Klub rəhbərliyi kollektivin hər üç matçda məğlub olmasından narahatlığını ifadə edib və baş məşqçinin qarşısına növbəti üç tur ərzində komandanı toparlamaq və xalların bərpa olunması hədəf kimi qoyulub.
Bundan əlavə, iclasda bir sıra qərarlar qəbul olunub.
Belə ki, Erkin İbrahimov şəxsi vəziyyəti ilə əlaqədar klubun işlərinə tam köklənə bilmədiyini bildirib və İdarə Heyətinin üzvlüyündən ayrılmaq istədiyini təkrar olaraq açıqlayıb. İdarə Heyətinin sədri müraciəti qəbul edib və nəticədə E.İbrahimov üzvlükdən çıxarılıb. Digər struktur dəyişiklikləri barədə isə yaxın günlərdə məlumat veriləcəyi bildirilib.
Qeyd edək ki, A.Şükürov 2 ay öncə klubun baş məşqçisi postuna gətirilmişdi.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər