Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

“Qarabağ” bilet qiymətlərini qaldırdı

Baxılıb: 670     Tarix: 25-09-2025 15:31   

“Qarabağ”ın UEFA Çempionlar Liqasında “Kopenhagen”ə qarşı keçirəcəyi matç üçün biletlərin qiymətləri açıqlanıb.
Qanunvehedef.az xəbər verir ki, qiymətlərdə Ağdam klubunun avrokubokların təsnifat mərhələsində keçirdiyi matçlara nisbətdə artım müşahidə olunub.
Belə ki, 20 manata satılan biletlərin qiyməti artırılaraq 30 manat olub.
VİP sektorlara giriş üçün də azarkeşlərə daha baha başa gələcək.
Digər tərəfdən matç üçün satılan 5 manatlıq biletlərin sayında azalma müşahidə olunub. Əvvəl 5 manata olan bəzi sektorlar hazırda 10 manatdır.
VVIP C və VVIP D sektorlarının qiyməti isə 300 manatdan 500 manata yüksəlib.
Qeyd edək ki, “Qarabağ” – “Kopenhagen” matçı oktyabrın 1-i saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar