Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Zubir “Qarabağ”da 70-ci qolunu vurdu

Baxılıb: 484     Tarix: 29-09-2025 10:26   

Abdullah Zubir "Qarabağ"ın heyətində 70-ci qolunu vurub.
Qanunvehedef.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçinin yubileyi Misli Premyer Liqasının VI turuna təsadüf edib.
O, "Qəbələ" ilə ev matçında (2:0) hesabı açıb. Zubir Ağdam klubunda 70-ci qolunu 322-ci oyununda vurub.
Premyer Liqada 49 dəfə fərqlənən fransalı avrokuboklarda 16, ölkə kubokunda 5 qola sevinib.
Qeyd edək ki, Abdulla Zubir "Qarabağ"da ilk qolunu da "Qəbələ"yə vurub. O, 2018-ci il sentyabrın 23-də keçirilən çempionat matçında (4:1) fərqlənib.

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar