Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

III MDB Oyunları: Bu idmançılar 1-ci oldu

Baxılıb: 686     Tarix: 29-09-2025 11:45   

Rusiya idmançısı Azərbaycanda keçirilən III MDB Oyunlarında qızıl medal qazanıb.
Qanunvehedef.az xəbər verir ki, Dmitri Kravtsov 100 metr məsafəyə arxasıüstə üzmə yarışında birinci olub.
Belarusdan olan Mikita Apanasik və Kiril Bantseviç müvafiq olaraq 2 və 3-cü yerləri tutublar.
Qeyd edək ki, III MDB Oyunları oktyabrın 8-də başa çatacaq.
***
Belarus təmsilçisi Vsevolod Sarakavik Azərbaycanda keçirilən III MDB Oyunlarında qızıl medal qazanıb.
Məlumata görə, o, 50 metr məsafəyə bras üsulu ilə üzməkdə birinci olub.
Rusiyalı Kirill Veremçuk ikinci, özbəkistanlı Muhammadismail Rahmonov üçüncü yeri tutub.
***
Azərbaycanda keçirilən III MDB Oyunlarında növbəti medalçılar müəyyənləşib.
Məlumata görə, qadınların mübarizəsində 100 metr məsafəyə bras üsulu ilə üzməkdə qalib bəlli olub.
Rusiyalı Maya Yakovleva qızıl, Belarusdan olan Valeriya Şilko və Bajena Pivaş müvafiq olaraq gümüş və bürünc mükafat qazanıblar.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar