Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Ayxan Abbasov Hakimiyə, Emin Mahmudov Mbappeyə səs verdi

Baxılıb: 8110     Tarix: 17-12-2025 10:57   

FİFA ötən gün Qətərin paytaxtı Dohada 2024/2025-ci illər mövsümü üzrə dünya futbolunun ən yaxşılarının müəyyənləşdirib.

Qanunvehedef.az xəbər verir ki, ilin ən yaxşı kişi baş məşqçisi Luis Enrike, futbolçusu Usman Dembele, qapıçısı isə Canluici Donnarumma seçilib.

Ölkələrin milli komandalarının baş məşqçiləri və kapitanlarının iştirak etdiyi etdiyi səsvermədə Azərbaycan Ayxan Abbasov və Emin Mahmudovla təmsil olunub.

Mövsümün futbolçusu

- Ayxan Abbasov: Əşrəf Hakimi (1-ci yer), Kilian Mbappe (2-ci yer), Məhəmməd Salah (3-cü yer)
- Emin Mahmudov: Kilian Mbappe (1-ci yer), Usman Dembele (2-ci yer), Lamin Yamal (3-cü yer)

Mövsümün baş məşqçisi

- Ayxan Abbasov: Luis Enrike (1-ci yer), Arne Slot (2-ci yer), Mikel Arteta (3-cü yer)
- Emin Mahmudov: Luis Enrike (1-ci yer), Enzo Mareska (2-ci yer), Arne Slot (3-cü yer)

Mövsümün qapıçısı

- Ayxan Abbasov: Canluici Donnarumma (1-ci yer), Manuel Noyer (2-ci yer), Yann Zommer (3-cü yer)
- Emin Mahmudov: Canluici Donnarumma (1-ci yer), Tibo Kurtua (2-ci yer), Alisson Bekker (3-cü yer)


Qanunvehedef.az





Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar