Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

185 oyunda 447 qol

Baxılıb: 9121     Tarix: 23-12-2025 10:37   

Misli Premyer Liqasında 2025-ci ilə yekun vurulub.

Qanunvehedef.az PFL-in saytına istinadən xəbər verir ki, il ərzində iki fərqli mövsüm çərçivəsində 185 matç keçirilib.

2024/25 mövsümünün ikinci yarısında 90, 2025/26 mövsümünün ilk hissəsində 95 qarşılaşma baş tutub. Bu görüşlərdən biri texniki nəticə ilə yekunlaşıb.

Həmin matç nəzərə alınmasa, 184 oyunda 447 qol vurulub. Orta məhsuldarlıq 2,43-ə bərabər olub.

Bu il 13 komanda Premyer Liqada çıxış edib. “Səbail” ötən, “Qəbələ”, “Karvan-Yevlax” və “İmişli” cari mövsümdə bu həyəcanı yaşayıb.

2025-ci ilin ən yaxşısı “Qarabağ” olub. Ağdam klubu qələbə (24), vurulan qol (71), top fərqi (44) və xalların sayında (78) hamını qabaqlayıb. Hər iki mövsümdə çıxış edənlər arasında ən az qol buraxan da (22) “Qarabağ”dır.

Ağdamlılar məğlubiyyətlərin az olmasında “Zirə” ilə şərikdir. Qəsəbə klubu xal sayında 2-cidir. Cari mövsümün qış çempionu “Sabah” isə ilin 3-cü komandasıdır.



Qanunvehedef.az





{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar