Xəbər lenti
21/06/2026 [16:23]
Daha 1 il “Qarabağ”da
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Mostovoydan “Qarabağ”ın qələbəsinə reaksiya

Baxılıb: 9118     Tarix: 23-01-2026 12:24   

“Qarabağ” - “Ayntraxt” matçının birinci hissəsinə baxdım. Əvvəlcə “Qarabağ”ın ilk qolu vurmasına çox sevindim. Sonra isə iki qol buraxmaları və hesabın 1:2 olması məni məyus etdi. Bundan sonra artıq oyuna baxmadım, düşündüm ki, “Qarabağ” ən yaxşı halda heç-heçə edəcək.

Qanunvehedef.az  Qol.az-a istinadən xəbər verir ki, bunu tanınmış rusiyalı futbol mütəxəssisi, ölkə millisinin sabiq futbolçusu Aleksandr Mostovoy UEFA Çempionlar Liqasında “Qarabağ”ın Ayntraxt” üzərindəki qələbəsini şərh edərkən deyib.

“Amma sonda onların hesabı bərabərləşdirdiyini, ardınca isə daha bir qol vurduğunu görəndə həm təəccübləndim, həm də sevindim! “Qarabağ”da çoxlu legioner çıxış edir, hər şey heyətdən asılıdır. Komanda Çempionlar Liqasına düşməsindən, burada oynamasından, qələbələr qazanmasından və növbəti mərhələlərə yüksəlməsindən zövq almalıdır. Əla haldır!” - deyə Mostovoy bildirib.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Qarabağ” doğma meydanda Almaniyanın “Ayntraxt” klubunu 3:2 hesabı ilə məğlub edib.


Qanunvehedef.az 





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar