Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Pley-off "Qarabağ"a nə qədər qazandırıb?

Baxılıb: 9210     Tarix: 29-01-2026 11:24   

 

Ötən gün "Qarabağ" UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 8-ci turunda səfərdə "Liverpul"la qarşılaşıb. Köhlən atlar 0:6 hesabı ilə məğlub olublar.

Qanunvehedef.az Modern.az-a istinadən xəbər verir ki, məyusedici məğlubiyyətə baxmayaraq, pley-off mərhələsinə yüksələn və 10 xalla 22-ci olan ağdamlılar 1/16 finala adladığı üçün daha 1 milyon avro, təxminən 2 milyon manat qazanıb.

Beləliklə, "köhlənlər"in turnirin əsas mərhələsindəki qazancı 8 milyon avroya (16 milyon manat-red) çatıb.

Çempionlar Liqasının təsnifat mərhələlərini nəzərə aldıqda "Qarabağ"ın qazancı 19 milyon 620 min avro,yəni 38,38 milyon manatdır. “Qarabağ” liqa mərhələsinə düşdüyünə görə ümumilikdə 23 milyon 700 min avro (47 milyon 735 min manat) qazanmışdı.

Belə ki, UEFA liqa mərhələsində hər qələbə üçün 2,1 milyon avro mükafat ayırır.

“Benfika”nı 3:2, “Kopenhagen”i isə 2:0 hesabı ilə məğlub edən “Qarabağ” bu nəticələr sayəsində əlavə olaraq 4,2 milyon avro (8 milyon 300 min manat) qazanaraq ümumi gəlirini 27 milyon 970 min avroya (55,8 milyon manat) çatdırmışdı.

Bu rəqəmin üzərinə Ağdam təmsilçisinin liqa mərhələsində “Çelsi” ilə heç-heçəsini (700 min avro-red) və “Ayntraxt” üzərindəki qələbəsini də gəlsək (2,1 milyon avro-red), klubumuzun liqa çərçivəsində indiyədək qazandığı ümumi məbləğ 30 milyon 770 min avroya, yəni təxminən 61,4 milyon manata yüksəlib.


Qanunvehedef.az





Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar