Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Əşrəf Hakimi məhkəmə qarşısına çıxacaq

Baxılıb: 838     Tarix: 25-02-2026 10:14   

Fransanın PSJ klubunda çıxış edən Mərakeş millisinin üzvü Əşrəf Hakimi təcavüz ittihamı ilə məhkəmə qarşısına çıxacaq.

Qanunvehedef.az xəbər verir ki, Fransanın Nanter prokurorluğu 2023-cü ildə futbolçu barəsində təcavüz iddiası ilə bağlı başladığı istintaqın yekununda işin məhkəməyə göndərilməsi barədə qərar qəbul edib.

Hakimi sosial şəbəkə hesabında yayımladığı açıqlamada ittihamları rədd edib. O qeyd edib ki, irəli sürülən iddiaların böhtan olduğunu sübut edən faktlar təqdim etməsinə baxmayaraq, işin məhkəməyə çıxarılması qərara alınıb.

“Bu vəziyyət həm günahsız insanlar, həm də real qurbanlar üçün ədalətsizdir. Həqiqətin üzə çıxacağı günü gözləyirəm”, – deyə ulduz futbolçu bildirib.

Hakiminin vəkili məsələ ilə bağlı mediaya şərh verməyib.

Qeyd edək ki, futbolçu 2023-cü ilin fevralında evində baş verən zorlamada şübhəli bilinir. 24 yaşlı qızın dediyinə görə, o, futbolçu ilə sosial şəbəkədə tanış olub və sonra onun evinə gedib. Qız bildirib ki, onun imtinasına məhəl qoymayan Hakimi zorakılıq hərəkətləri edib. Əgər Hakimi təqsirli bilinərsə, onu 15 ilədək həbs cəzası gözləyir.


Qanunvehedef.az





Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar