Xəbər lenti
21/06/2026 [16:23]
Daha 1 il “Qarabağ”da
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Ərdoğan “Qalatasaray”ı təbrik etdi - “53” detalı diqqət çəkdi

Baxılıb: 827     Tarix: 26-02-2026 10:08   

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Qalatasaray”ı UEFA Çempionlar Liqasında “Yuventus” üzərində qələbə (7:5) qazanaraq 1/8 finala yüksəlməsi münasibətilə təbrik edib.

Qanunvehedef.az xəbər verir ki, İtaliyanın Turin şəhərində yerləşən “Allianz” stadionunda keçirilən oyundan sonra Ərdoğan sarı-qırmızılı komanda ilə telefon əlaqəsi saxlayıb.

Prezident Ərdoğan oyundan sonra baş məşqçi Okan Burukla telefonla danışıb:

“Qalatasaray” növbəti mərhələyə yüksəldi. Bu, ölkəmiz üçün çox, çox böyük bir uğurdur. Gözlərinizdən öpürəm”.

Okan Buruk isə cavabında bildirib: “Biz də çox xoşbəxtik. Bu, sizin üçün ad günü hədiyyəsidir, cənab Prezident”.

Ərdoğan futbolçu Barış Alper Yılmazla da danışıb: “53”-lə lazım olanı etdin. Əla iş gördün. Gözlərindən öpürəm”.

Qeyd edək ki, “53” Ərdoğan və Yılmazın doğulduğu Rizenin dövlət qeydiyyat nişanının nömrəsidir.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar