Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

“Qalatasaray” azarkeşləri “Liverpul”la matça buraxılmayacaq

Baxılıb: 7217     Tarix: 04-03-2026 14:46   

UEFA Türkiyənin “Qalatasaray” klubuna cəza verib.

Qanunvehedef.az xəbər verir ki, İstanbul nəhəngi Çempionlar Liqasının növbəti səfər oyununda azarkeşlərinin dəstəyindən məhrum olacaq. “Sarı-qırmızılar”ın fanatları səfər matçına buraxılmayacaq.

Ali futbol qurumu həmçinin, klubu 40 min avro məbləğində cərimələyib.

Cazanın səbəbi pley-off mərhələsinin “Yuventus”la İtaliyada baş tutan oyununda baş verən hadisələrdir. Belə ki, türkiyəli azarkeşlər pirotexniki vasitələrdən istifadə ediblər, meydana yad əşyalar atıblar.

Qeyd edək ki, “Qalatasaray” Çempionlar Liqasında növbəti səfər matçını “Liverpul”a qarşı keçirəcək. Matç martın 18-dən 19-na keçən gecə Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar