Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

“Qarabağ” Fransa yığmasının vingerinə təklif göndərdi

Baxılıb: 7218     Tarix: 06-03-2026 12:20   

Bu mövsüm Çempionlar Liqasında pley-off mərhələsinə qədər irəliləməyi bacaran “Qarabağ” artıq indidən yay transfer bazarlığına hazırlıq görür.

Qanunvehedef.az “Sportinfo.az”a istinadən xəbər verir ki, Ağdam təmsilçisi heyətini gücləndirmək istiqamətində növbəti addımını atıb.

“Köhlən atlar”ın rəhbərliyi Qurban Qurbanovun xidmətinə maraq göstərdiyi Jali Muaddiblə danışıqlara başlayıb.

Son illərin dəyişməz çempionu 25 yaşlı vingerə 3+1 illik müqavilə təklif edib. 2019-cu ildə Fransanın U-19 yığmasına çağırılmış və burada 1 oyuna 1 qol vurmuş yarımmüdafiəçi “Lill”in yetirməsidir.

2018-2020-ci illər aralığında bu klubun əvəzedict heyətində çıxış edib. Növbəti 3 ildə isə “Angers B”yə məxsus olub. Bu müddətdə icarə əsasında “Avrançes”in uğurları üçün tər töküb. 2023-cü ildə Rumıniyaya yollanıb, “Botaşani” ilə anlaşıb.

İki il burada özünü göstərəndən sonra ötən ilin yayında Kiprə üz tutub. Hazırda da “Omoniya Aradippu”ya aiddir.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar