Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Azərbaycanda üç klub 16 min manat cərimələndi

Baxılıb: 6221     Tarix: 17-03-2026 16:19   

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Qanunvehedef.az xəbər verir ki, komitə Misli Premyer Liqasında XXIV turunun oyunları ilə bağlı qərarlarını açıqlayıb.

Misli Premyer Liqasında XXIV turun "İmişli" - "Sabah" oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə yaşandığına görə "İmişli" komandası 5000 manat cərimə edilib.

Həmin turun "Qəbələ" - "Neftçi" oyunu "Qəbələ" komandasının meydançaya gec çıxması səbəbindən gec başladığı üçün "Qəbələ" komandası 3000 manat cərimə edilib. Bundan başqa, "Neftçi" komandasının azarkeşləri tərəfindən rəqib futbolçunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 6-cı dəfə təkrarlandığına görə "Neftçi" komandası 8000 manat cərimə edilib.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar