Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Koxalski Qarabağla yollarını ayıra bilər

Baxılıb: 6216     Tarix: 24-03-2026 09:58   

“Qarabağ” qapıçısı Mateuş Koxalski ilə mövsümün sonunda yollarını ayıra bilər.

Qanunvehedef.az Futbolinfo.az-a istinadən xəbər verir ki, buna səbəb polşalı qolkiperə həddən artıq marağın olmasıdır.

Ağdam klubunun heyətində bu mövsüm UEFA Çempionlar Liqasında parlaq çıxışla diqqət çəkən 25 yaşlı qapıçı bunun sayəsində Polşa millisinə dəvət alıb. Koxalski millinin daimi üzvünə çevrilmək və bir nömrəli qolkiperi olmaq arzusundadır. Bunun üçün isə daha yüksəksəviyyəli çempionatlarda çıxış etməyi hədəfləyir.

Futbolçu əsasən ölkəsi Polşada “Vidzev” və “Lex” kimi klublardan rəsmi təklif alıb. Lakin o, daha böyük liqalarda oynamaq niyyətindədir. Xüsusən də, “böyük beşlik” ölkələrindən dəvət gözləyir.

Digər tərəfdən “Qarabağ” da Koxalskini əldən buraxmaq istəmir. Bu səbəbdən ona yeni müqavilə təklif olunacaq. Qapıçı yeni sözləşməyə yaxın durmasa, ağdamlılar onu mövsümün sonunda sərfəli qiymətə satmaq qərarına gələ bilər. Əks təqdirdə, Koxalski 2027-ci ilin yayında azad agent kimi klubu tərk edəcək.

Qeyd edək ki, Mateuş Koxalski “Qarabağ”a 2024-cü ildə Polşanın “Stal” klubundan keçib.


Qanunvehedef.az





{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar