Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Bu gün “Kəpəz” “Qəbələ”yə, “Sumqayıt” “Neftçi”yə qarşı

Baxılıb: 756     Tarix: 05-04-2026 10:41   

  Misli Premyer Liqasında 26-cı tura start veriləcək.  

Qanunvehedef.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçiriləcək.

  Əvvəlcə “Kəpəz” Yevlaxda “Qəbələ”ni sınağa çəkəcək. Hazırda Gəncə klubu 21 xalla 10-cu, Qəbələ təmsilçisi isə 16 xalla 11-ci pillədə qərarlaşıb.

Cari mövsüm bu komandalar arasındakı oyunlarda tərəflər hərəyə bir qələbə qazanıblar. İlk dövrədə “Kəpəz” 1:0 hesablı, ikinci dövrədə isə “Qəbələ” 3:1 hesablı qələbə qazanıb.

Günün ikinci görüşündə isə “Sumqayıt” öz meydanında “Neftçi”ni qəbul edəcək. Hazırda paytaxt klubu turnir cədvəlində 37 xalla beşinci, “gənclik şəhəri”nin təmsilçisi isə 32 xalla altıncı yeri tutur.

Komandalar arasında Sumqayıtda ilk dövrədə baş tutan matçda “Neftçi” qələbə qazanıb - 2:0. İkinci dövrədə paytaxtda keçirilən oyunda isə qalib aşkarlanmayıb - 2:2.

5 aprel (bazar)

15:30. “Kəpəz” - “Qəbələ”
Yevlax şəhər stadionu

18:00. “Sumqayıt” - “Neftçi”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

6 aprel (bazar ertəsi)

19:00. “Qarabağ” - “Karvan-Yevlax”

7 aprel (çərşənbə axşamı)

15:00. “İmişli” - “Turan Tovuz”

17:15. “Zirə” - “Şamaxı”

19:30. “Araz-Naxçıvan” - “Sabah”


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar