Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Gələcəyin pəhləvanı Renat Ziyadovdan uğurlu nəticə

Baxılıb: 7570     Tarix: 09-04-2026 11:41   

Bakı şəhərində fəaliyyət göstərən Fatmayı İdman Klubunun təşkil etdiyi sərbəst güləş üzrə açıq birincilikdə gənc idmançı Ziyadov Renat Elnur oğlu uğurlu çıxışı ilə diqqət mərkəzinə düşüb. 57 kq çəki dərəcəsində mübarizə aparan Renat gərgin və maraqlı keçən görüşlərdə əzmkarlıq nümayiş etdirərək fəxri üçüncü yerə layiq görülüb və Fəxri diplomla təltif olunub. 
Gənc idmançının qazandığı bu nailiyyət onun idmana olan sevgisinin, zəhmətinin və məqsədyönlü çalışmasının bariz nümunəsidir. Turnir boyu göstərdiyi iradə, dözümlülük və texniki bacarıqlar gələcəkdə daha böyük uğurlar qazanacağına inam yaradır. Renatın bu qələbəsi həm məşqçilərinin, həm də onu dəstəkləyənlərin sevincinə səbəb olub.
Ailəsi də bu uğura görə qürur hissi keçirərək onu səmimi qəlbdən təbrik edir. Babası, nənələri, atası, anası, bibisi Leyla, bibisi oğlanları və dayıları Renata gələcək idman həyatında yeni-yeni nailiyyətlər arzulayır, onun Azərbaycan idmanında daha yüksək zirvələr fəth edəcəyinə inanırlar. Gənc pəhləvana bundan sonrakı yarışlarda da uğurlar dilənir və bu nailiyyətin daha böyük qələbələrin başlanğıcı olacağı vurğulanır.


 Babası Mehman Ziyadov





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar