Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

ÇL-də ilk yarımfinalçılar bəlli olur

Baxılıb: 755     Tarix: 14-04-2026 11:35   

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk iştirakçıları bəlli olacaq.

Qanunvehedef.az xəbər verir ki, həmin komandaların adına 1/4 final mərhələsinin cavab görüşlərində aydınlıq gələcək.

İlk oyun günündə 2 qarşılaşma baş tutacaq. İspaniya klublarının duelində “Atletiko” “Barselona”nı qəbul edəcək. Madrid təmsilçisi səfərdəki ilk matçda rəqibini 2:0 hesabı ilə məğlub edib.

Günün digər görüşündə isə “Liverpul” İngiltərədə PSJ ilə üz-üzə gələcək. Parisdəki ilk oyunda Fransa təmsilçisi 2:0 hesablı qələbə qazanıb.

UEFA Çempionlar Liqası 1/4 final, cavab oyunları

23:00. “Atletiko” (İspaniya) – “Barselona” (İspaniya)

İlk oyun – 2:0.

23:00. “Liverpul” (İngiltərə) – PSJ (Fransa)

İlk oyun – 0:2.

Qeyd edək ki, 1/4 final mərhələsinə sabah yekun vurulacaq.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar