Xəbər lenti
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

“Qarabağ” dünya reytinqində irəlilədi

Baxılıb: 8312     Tarix: 15-04-2026 11:35   

Dünya klublarının reytinq cədvəli yenilənib.

“Qafqazinfo”nun məlumatına görə, Azərbaycan klublarından “Qarabağ” ən yüksək göstəriciyə malik olmaqda davam edir. Ağdam təmsilçisi son cədvəllə müqayisədə bir pillə irəliləyərək 181-ci yerə yüksəlib.

“Qarabağ”la yanaşı, “Sabah”, “Turan Tovuz”, “Neftçi”, “Şamaxı”, “İmişli” və “Karvan-Yevlax”da da irəliləyiş müşahidə olunub. Xüsusən də yevlaxlılar 156 pilləlik sıçrayışla diqqət çəkiblər. Digər debütant “İmişli” isə 88 komandanı qabaqlayıb.

“Zirə” reytinqdə əvvəlki mövqeyində qalıbsa, “Araz-Naxçıvan”, “Sumqayıt”, “Qəbələ” və “Kəpəz” geriləyib. Gəncəlilər düz 127 addımlıq geriləmə ilə yadda qalıb.

181 (1). “Qarabağ” – 80,8 xal
288 (20). “Sabah” – 79,1
544 (0). “Zirə” – 75,6
659 (6). “Turan Tovuz” – 74,3
666 (17). “Neftçi” – 74,2
1000 (-60). “Araz-Naxçıvan” – 71,4
1275 (70). “Şamaxı” – 69,4
1393 (88). “İmişli” – 68,6
1583 (-22). “Sumqayıt” – 67,6
1672 (-87). “Qəbələ” – 67,2
2077 (-127). “Kəpəz” – 65,4
2535 (156). “Karvan-Yevlax” – 63,6


Qanunvehedef.az





Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar