Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Güləşçilərimiz Türkiyədə 8 qızıl medal qazandı

Baxılıb: 8415     Tarix: 15-04-2026 15:17   

Türkiyənin Antalya şəhərində təşkil edilən güləş üzrə “Zəfər Kuboku” başa çatıb.

Qanunvehedef.az xəbər verir ki, ənənəvi turnirin son günündə 5 güləşçimiz fəxri kürsüyə qalxıb.

Sərbəst güləşdə Nihad Süleymanlı (80 kq) və Hakim Tağıyev (110 kq) bütün rəqiblərinə qalib gələrək çempion olublar.

Yunan-Roma güləşində isə Zəka Yusubovla (80 kq) Məhəmməd Mustafayev (110 kq) eyni nəticəyə imza atıb. İsfahan Həsənov (80 kq) isə bürünc medalı boynundan asıb.

Sərbəst güləş üzrə millimiz ənənəvi turniri 3 qızıl, 1 gümüş və 2 bürünc medalla tamamlayaraq, 147 xalla komanda hesabında 2-ci yeri tutub. Yunan-Roma güləşi üzrə yığmamız isə 5 qızıl, 2 gümüş və 2 bürünc medalla 169 xal toplayıb və ümumi sıralamada 2-ci pillədə yer alıb.


Qanunvehedef.az





{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar