Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

“Neftçi” və “Zirə” üçün vacib qarşılaşma

Baxılıb: 812     Tarix: 17-04-2026 10:58   

Bu gün Misli Premyer Liqasında 28-ci tura start verilir.

Qanunvehedef.az xəbər verir ki, ilk oyun günündə 2 görüş keçiriləcək.

Əvvəlcə “Araz-Naxçıvan” “Turan Tovuz”u qəbul edəcək. Oyun saat 17:00-da başlayacaq. Bu komandaların ilk dövrədəki oyununda “Araz-Naxçıvan” 2:1 hesabı ilə qalib gəlib. İkinci dövrənin matçında isə 1:1 hesabı qeydə alınıb.

Günün digər matçında isə “Neftçi” “Zirə”nin qonağı olacaq. “Neftçi” - “Zirə” qarşılaşması avrokuboklara getmək yolunda vacib oyun sayılır. Oyunun start fiti saat 19:30-da veriləcək. Komandaların ilk iki dövrədəki oyunlarında qalib müəyyənləşməyib - 2:2, 0:0.

17 aprel (cümə)

17:00. “Araz-Naxçıvan” – “Turan Tovuz”.

“SOCAR Polymer Arena”.

19:30. “Zirə” – “Neftçi”.

Zirə İdman Kompleksinin stadionu.

18 aprel (şənbə)

15:30. “Karvan-Yevlax” – “Şamaxı”.

Yevlax şəhər stadionu.

19:30. “Qarabağ” – “Sabah”.

Tofiq Bəhramov adına Respublika Stadionu.

19 aprel (bazar)

15:30. “Kəpəz” – “İmişli”;

Yevlax şəhər stadionu;

18:00. “Sumqayıt” – “Qəbələ”;

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.


Qanunvehedef.az





{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar