Xəbər lenti
23/04/2026 [14:20]
Sabah hava necə olacaq?
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Bu matç üçün biletlərin qiyməti 2 milyonu ötdü

Baxılıb: 830     Tarix: 24-04-2026 09:56   

FIFA Dünya Çempionatının final oyunu üçün bilet qiymətləri rekord həddə yüksəlib.

Qanunvehedef.az xəbər verir ki, FIFAnın rəsmi satış platformasında final matçı üçün satışa çıxarılan bəzi biletlərin qiyməti 2 milyon dolları keçib.

Məlumata görə, dörd biletin hər biri təxminən 2,3 milyon dollar olaraq göstərilir.

Final oyunu 19 iyul tarixində “MetLife Stadium”da keçiriləcək. Bu qiymətlər idman tarixində indiyədək qeydə alınmış ən yüksək bilet məbləğləri hesab olunur.

Qeyd edək ki, FIFA qiymətləri birbaşa müəyyən etməsə də, platformada həyata keçirilən hər satışdan həm alıcıdan, həm də satıcıdan 15 faiz əməliyyat haqqı tutur. Bu isə o deməkdir ki, bir bilet 2,3 milyon dollara satılarsa, qurum təxminən 690 min dollar gəlir əldə edir.

Platformada digər bilet qiymətləri də diqqət çəkir. Qapı arxası sektorlar üçün biletlər 207 min dollar, yuxarı tribunalar isə 138 min dollar civarında təklif olunur. Hazırda final üçün ən ucuz biletin qiyməti 10 923 dollar səviyyəsindədir.

Bildirilir ki, qiymətlərin bu qədər artmasının əsas səbəblərindən biri FIFA-nın 2026-cı il turniri üçün əvvəlki illərdə tətbiq etdiyi qiymət məhdudiyyətini ləğv etməsidir. Qurum bu qərarı ABŞ və Kanadadakı sərbəst ikinci bazar şərtləri ilə izah edib.

Bundan əlavə, əvvəlki mundialda 5 faiz olan əməliyyat haqları da bu dəfə hər iki tərəf üçün 15 faizə qaldırılıb.

Yarımfinal və qrup mərhələsi oyunlarında da yüksək qiymətlər müşahidə olunur. Texasda keçiriləcək yarımfinal üçün biletlər 11 130 dollar, Atlantadakı qarşılaşma üçün isə 9 660 dollar səviyyəsində təklif edilir.

Qrup mərhələsində isə bəzi oyunlara maraq böyükdür. Məsələn, Los-Ancelesdə keçiriləcək ABŞ-Türkiyə matçı üçün biletlərin qiyməti 1345 dollardan başlayaraq 2970 dollara qədər yüksəlir.


Qanunvehedef.az





{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar