Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Məşhur qolkiper karyerasını başa vurdu

Baxılıb: 7610     Tarix: 25-05-2026 10:38   

"Brügge" (Belçika) klubunun qapıçısı Simon Minyole karyerasını başa vurduğunu elan edib.

Qanunvehedef.az xəbər verir ki, 38 yaşlı qolkiper bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Belçika millisinin və "Liverpul"un (İngiltərə) sabiq qolkiperi karyerasını məhz "Brügge"də başa vurmağın onun üçün böyük şərəf olduğunu qeyd edib.

S.Minyole Belçika millisinin heyətində 35 matça çıxıb və 2018-ci ildə keçirilən dünya çempionatının bürünc mükafatçısı olub.

Qeyd edək ki, təcrübəli qolkiper 2019-cu ildə İngiltərənin "Liverpul" klubunun heyətində UEFA Çempionlar Liqasının qalibi olub. O, "Brügge"nin heyətində 5 dəfə Belçika çempionluğu, 1 dəfə ölkə kuboku, 2 dəfə isə Superkubok qazanıb.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar