Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

“Sabah”ın ikinci mərhələdəki rəqibi bəlli olur

Baxılıb: 824     Tarix: 17-06-2026 14:10   

Azərbaycanın Çempionlar Liqasındakı təmsilçisi “Sabah”ın ikinci mərhələdəki rəqibinin adı bu gün bəlli olacaq.

Qanunvehedef.az xəbər verir ki, bu mərhələnin püşkü İsveçrənin Nyon şəhərində atılacaq. Tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Artıq Azərbaycan təmsilçisinin potensial rəqiblərinin sayı azalıb. Bu barədə UEFA-nın saytı məlumat yayıb.

Səpələnməmişlər səbətində yer alan “Sabah” 1-ci mərhələdə TNS-si (Uels) keçərsə, aşağıda adları qeyd edilən komandalardan biri ilə qarşılaşacaq:

"Srvena Zvezda" (Serbiya)
"Lex" (Poznan, Polşa)
"Floriana" (Malta) - "Şemrok Rovers" (İrlandiya) cütünün qalibi
"Vardar" (Şimali Makedoniya) - "Kups" (Finlandiya) cütünün qalibi
"Jalqiris" (Litva) - "Drita" (Kosovo) cütünün qalibi
"Linkoln" (Cəbəllütariq) - "İnter" (Eskaldes, Andorra) cütünün qalibi

Qeyd edək ki, Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları 17 iyulda, cavab matçları 21-22 iyulda keçiriləcək.


Qanunvehedef.az





Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar