Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Məhdudiyyətlərə görə FIFA-ya şikayət edəcəklər

Baxılıb: 822     Tarix: 20-06-2026 09:49   

İran Futbol Federasiyası 2026-cı il Dünya Çempionatı çərçivəsində milli komandaya tətbiq olunan məhdudiyyətlərlə bağlı FIFA-ya rəsmi şikayət etməyə hazırlaşır.

Qanunvehedef.az xəbər verir ki, 21 iyun tarixində G qrupunda Belçika ilə qarşılaşacaq İran millisinin Los-Ancelesə yalnız oyundan 24 saat əvvəl gəlməsinə icazə verilib.

İlk qrup matçında Yeni Zelandiya ilə 2:2 hesablı heç-heçədən sonra İran millisinin ertəsi gün səhər bərpa məşqinin ardından düşərgədən ayrılaraq Meksikanın Tixuana şəhərinə qayıtmaq istəyinin rədd edildiyi bildirilir.

İran Futbol Federasiyası yayımladığı açıqlamada bu vəziyyəti ədalətli yarış prinsiplərinə zidd hesab etdiyini vurğulayıb: “Biz inanırıq ki, bu cür məhdudiyyətlər bütün iştirakçı komandalar üçün bərabər şəraitin təmin edilməsi prinsipinə ziddir və hazırlıq prosesinə mənfi təsir göstərə bilər. Federasiya rəsmi narazılığını bildirəcək və FIFA-ya şikayət edəcək”.

Qurum həmçinin bildirib ki, bütün çətinliklərə baxmayaraq, milli komanda hazırlıqlarını davam etdirəcək və diqqətini Belçika ilə oyuna yönəldəcək.

“Bizə dərhal ayrılmalı olduğumuz deyildi. Bu, bizi çətin vəziyyətə saldı. Niyə geri göndərildiyimizi başa düşmədik. Sanki bizim üçün başqası plan qurur”, - baş məşqçi Əmir Qalenoi qeyd edib.

Qalenoi əlavə edib ki, komanda turnirdə ən çox təzyiq altında olan və ən az imtiyaz əldə edən yığmalardan biridir.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar