Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

DÇ-2026: Bombardirlər siyahısında ilk "beşlik"

Baxılıb: 8719     Tarix: 23-06-2026 11:24   

DÇ-2026-da “Qızıl buts” uğrunda mübarizədə son vəziyyət açıqlanıb.

Qanunvehedef.az Qol.az-a istinadla xəbər verir ki, bombardirlik yarışında siyahıya Argentina millisinin kapitanı Lionel Messi başçılıq edir.

38 yaşlı hücumçunun hesabında 2 oyundan sonra artıq 5 qol var. Messi hazırda turnirin bombardirlər yarışında ən yaxın izləyiciləri Kilian Mbappe və Erlinq Holandı bir top qabaqlayır.

İlk “beşlik” belədir:

1. Lionel Messi (Argentina) – 5 qol

2. Kilian Mbappe (Fransa) – 4 qol

3. Erlinq Holand (Norveç) – 4 qol

4. Deniz Undav (Almaniya) – 3 qol

5. Conatan Devid (Kanada) – 3 qol

Qeyd edək ki, DÇ-2026-nın bombardirinə turnirin sonunda ənənəvi olaraq “Qızıl buts” mükafatı təqdim olunacaq. Messi daha əvvəl DÇ-2022-də 7 qolla yarışda ikinci olmuşdu.


Qanunvehedef.az





{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar