Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

“Sabah” ÇL-də mübarizəyə başlayır

Baxılıb: 9514     Tarix: 07-07-2026 08:39   

Bu gün UEFA Çempionlar Liqasında 2026/2027-ci illər mövsümünə start veriləcək.

Qanunvehedef.az xəbər verir ki, Azərbaycanın turnirdəki yeganə təmsilçisi “Sabah” mübarizəyə doğma meydanda başlayacaq.

Ölkə çempionu I təsnifat mərhələsinin ilk oyununda Bakıda Uelsin TNS komandasını qəbul edəcək. Masazırdakı “Bank Respublika Arena”da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Matçı Polşa Futbol Federasiyasından FIFA dərəcəli baş hakim Patrik Qritskeviç idarə edəcək.

“Sabah”ın heyətində yalnız zədəli Xəyal Əliyev bu görüşdə iştirak edə bilməyəcək.

Qeyd edək ki, komandalar arasında cavab oyunu 1 həftə sonra Ozuestri şəhərində təşkil olunacaq. Bu cütün qalibi II raundda “Vardar” (Şimali Makedoniya) – “KuPS” (Finlandiya) duelinin güclüsü ilə qarşılaşacaq.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar