Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Jorji Jezuş Portuqaliya millisinə gətirilir

Baxılıb: 9719     Tarix: 07-07-2026 09:46   

Portuqaliya milli komandasının baş məşqçisi postuna Jorji Jezuş gətiriləcək.

Qanunvehedef.az xarici KİV-ə istinadən xəbər verir ki, 71 yaşlı mütəxəssis Portuqaliya Futbol Federasiyası ilə anlaşıb.

O, AVRO-2028 və Portuqaliyanın İspaniya, həmçinin Mərakeşlə birgə ev sahibliyi edəcəyi DÇ-2030-u əhatə edən dövr üçün komandaya rəhbərlik edəcək.

Qeyd edək ki, çalışdırıcı sonuncu olaraq Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna rəhbərlik edib. O, Portuqaliya nümayəndə heyəti ABŞ-dən qayıtdıqdan sonra müqavilə imzalamaq üçün federasiya prezidenti ilə görüşəcək.

Xatırladaq ki, Portuqaliya millisi DÇ-2026-nın 1/8 finalında İspaniyaya 0:1 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar