Xəbər lenti
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

“Zirə” - “Torpedo” matçı Azərbaycan futbolu tarixinə iki yubileylə düşdü

Baxılıb: 897     Tarix: 09-07-2026 14:23   

UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Zirə” - “Torpedo” (Kutaisi, Gürcüstan) matçı Azərbaycan futbolu tarixində iki yubileylə əlamətdar olub.

Qanunvehedef.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Sumqayıtda baş tutan oyun Azərbaycan klublarının qitəmiqyaslı klub turnirlərində keçirdiyi ümumilikdə 500-cü qarşılaşma kimi tarixə düşüb.

Təmsilçilərimiz UEFA Çempionlar Liqasında 120, UEFA Avropa Liqasında (əvvəl UEFA Kuboku) 283, UEFA Konfrans Liqasında 63, Kuboklar Kubokunda 8, İntertoto Kubokunda 26 görüşə çıxıb. Bu qarşılaşmalardan ikisi nəticəsi ləğv olunduğu, biri baş tutmadığı üçün texniki nəticə ilə yekunlaşıb. Həmin texniki nəticələri nəzərə almaqla 159 qələbə qazanan klublarımız 112 heç-heçə edib və 229 dəfə uduzub.

Qitə kuboklarında debüt 1994/1995 mövsümündə gerçəkləşib. 1994-cü il avqustun 9-da “Turan” Türkiyədə “Fənərbağça”ya 0:5 hesabı ilə uduzub.

“Zirə”nin futbolçusu Ruan Renatonun “Torpedo” ilə görüşdə vurduğu ilk top Azərbaycan klublarının avrokuboklarda 550-ci qolu olub. Texniki nəticələrin nəzərə alınmadığı top fərqi 552-759-dur.

Azərbaycan komandalarının ilk qolu 1995/1996 mövsümündə qeydə alınıb. UEFA kubokunun 1995-ci il avqustun 22-də keçirilən “Austriya” (Vyana, Avstriya) – “Kəpəz” görüşündə (5:1) Yadigar Süleymanov fərqlənib.

Qeyd edək ki, “Zirə” Gürcüstan təmsilçisinə 3:0 hesabı ilə qalib gəlib.


Qanunvehedef.az





Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar