Xəbər lenti
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Azərbaycan UEFA reytinqində ilk pillədə

Baxılıb: 1052     Tarix: 17-07-2026 09:37   

Azərbaycan 2026/27 mövsümü UEFA-nın assosiasiyalar reytinqində ilk pillədə qərarlaşıb.

Qanunvehedef.az xəbər verir ki, bu, üç klubumuzun birinci mərhələdəki yüzfaizli nəticələri sayəsində mümkün olub. “Sabah” Çempionlar Liqasında, “Qarabağ” Avropa Liqasında, “Zirə” isə Konfrans Liqasında keçirdiyi hər iki matçda qələbə qazanıb.

Beləliklə, Azərbaycanın 3 klubu birinci mərhələdə keçirdiyi ümumən 6 oyunun hamısında rəqiblərini məğlubiyyətə uğradıb və 6,000 əmsal qazanıb. Azərbaycan avrokuboklarda 4 komanda ilə təmsil olunduğundan (“Neftçi” Konfrans Liqasına 2-ci mərhələdən qoşulacaq) həmin əmsal 4-ə bölünüb. Yekun nəticədə ölkəmizin hesabına daha 1,500 əmsal yazılıb.

Son 5 mövsümün nəticələrinə əsasən hazırlanan siyahıda isə Azərbaycan 26-cı yerdəki mövqeyini möhkəmləndirib və əmsal ehtiyatını 20,062-ə çatdırıb. 25-ci yeri tutan İsrailin 20,750, 27-ci yerdə qərarlaşan Bolqarıstanın isə 18,562 xalı var.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar