Xəbər lenti
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Öz böyütdüyü uşaqlarla çempion olan məşqçi

Baxılıb: 965     Tarix: 20-07-2026 14:37   

 

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente komandasını dünya çempionu etməklə tarixə düşüb.

Qanunvehedef.az xəbər verir ki, onun çempion olduğu komandanın üzvlərinin əksəriyyəti həm də aşağı yaş qruplarında La Fuentenin rəhbərliyi altında oynayıb.

65 yaşlı mütəxəssisin illərdir qurduğu sistem öz bəhrəsini verir. Belə ki, hazırda dünya çempionlarının əksər üzvləri 2015-ci ildə U-19-ların Avropa çempionatında qızıl medallara sahib çıxıb. Baş məşqçi Luis de La Fuente olub.

Həmin heyət isə 4 il sonra -2019-cu ildə U-21 qitə birinciliyində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

2020-ci il Yay Olimpiya Oyunlarında onun komandası U-23 komandaları arasında ikinci yerin sahibi olub.

Nəhayət Luis de la Fuente 2023-cü ildə əsas komandanın baş məşqçisi postuna gəlir. O, gəldiyi ildə UEFA Millətlər Liqasında qalib olur.

Luis de la Fuente uğurlara doymayaraq 2024-cü ildə Avropa çempionatının qızıl medallarını qazanır.

Nəhayət isə o, ötən gün Argentina üzərində 1:0 hesablı qələbə qazanaraq dünya çempionu da olur.

65 yaşlı çalışdırıcı milli komanda ilə mümkün olan bütün titullara sahib çıxır. Bununla da la Fuente İspaniyanın tarixinə düşür.


Qanunvehedef.az





Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar