Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

“Qarabağ” SSKA-ya qarşı

Baxılıb: 10318     Tarix: 23-07-2026 10:22   

Bu gün UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Qarabağ” növbəti avrokubok sınağına çıxacaq.

Qanunvehedef.az xəbər verir ki, Ağdam təmsilçisi doğma meydanda Bolqarıstanın SSKA klubunu qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da start götürəcək. Oyunu italiyalı hakim Daniele Çiffi idarə edəcək.

Komandalar arasında cavab görüşü iyulun 30-da Sofiyada baş tutacaq.

Bu cütün qalibi III təsnifat mərhələsində Moldova təmsilçisi “Şerif”lə İsrailin “Makkabi” (Tel-Əviv) komandaları arasında keçiriləcək qarşılaşmanın qalibi ilə üz-üzə gələcək.

23 iyul

UEFA Avropa Liqası

II təsnifat mərhələsi – ilk oyun

20:00 . “Qarabağ! (Azərbaycan) – SSKA (Bolqarıstan)

Baş hakim: Daniele Çiffi (İtaliya)

Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar