Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

“Beşiktaş” Salaha nə təklif edib?

Baxılıb: 8717     Tarix: 26-07-2026 14:49   

“Beşiktaş” dünyaca məşhur hücumçu Məhəmməd Salahın transferi üçün hərəkətə keçib.

Qanunvehedef.az “beIN Sports”a istinadla xəbər verir ki, yay transfer pəncərəsində artıq 6 yeni futbolçu ilə müqavilə bağlayan İstanbul təmsilçisinin əsas hədəfi misirli ulduzdur.

“Liverpul”dan ayrılan və hazırda azad agent statusunda olan 33 yaşlı futbolçuya “Beşiktaş” rəsmi təklifini təqdim edib.

Məlumata görə, “qara-qallar” Salaha 2 illik müqavilə təklif edib. Təklifdə futbolçuya illik 15 milyon avro zəmanətli maaş və 4 milyon avro performans bonusu nəzərdə tutulub. Müqaviləyə imic hüquqları ilə bağlı xüsusi bəndlər də əlavə edilib. Bununla da Salahın klub üçün illik ümumi maliyyə yükü bonuslarla birgə 19-20 milyon avroya çatacaq. İkiillik müqavilənin ümumi dəyəri isə 40 milyon avro civarında qiymətləndirilir.

Qeyd edək ki, misirli ulduz keçən mövsüm “Liverpul”un heyətində çıxış etdiyi 41 matçda 12 qol vurub və 10 məhsuldar ötürmə edib.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar