Xəbər lenti
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

“Qarabağ” bu gün həlledici oyuna çıxır

Baxılıb: 967     Tarix: 30-07-2026 10:12   


Bu gün UEFA Avropa Liqasında 2-ci təsnifat mərhələsinin cavab qarşılaşmalarına yekun vurulacaq.

Qanunvehedef.az xəbər verir ki, “Qarabağ” növbəti mərhələ uğrunda mübarizəsini davam etdirəcək.

Qurban Qurbanovun rəhbərlik etdiyi Ağdam təmsilçisi səfərdə Bolqarıstanın CSKA klubu ilə üz-üzə gələcək. Sofiyadakı Vasili Levski Milli Stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Komandalar mərhələnin ilk oyununda Bakıda qarşılaşıb. Tərəflərin mübarizəsində qol vurulmayıb və görüş 0:0 hesabı ilə başa çatıb. Bu səbəbdən Sofiyadakı cavab matçı növbəti mərhələyə yüksələn komandanı müəyyənləşdirəcək.

Bu cütün qalibi 3-cü təsnifat mərhələsində “Şerif” (Moldova) – “Makkabi” (Təl-Əviv, İsrail) cütünün qalibi ilə qarşılaşacaq. Həmin cütün ilk oyununda “Makkabi” rəqibini 5:0 hesabı ilə məğlub edib.

30 iyul

UEFA Avropa Liqası

2-ci təsnifat mərhələsinin cavab oyunu

22:00. CSKA (Bolqarıstan) - "Qarabağ" (Azərbaycan)

İlk oyun - 0:0

Baş hakim: Bran van Den Dries (Belçika)

Sofiya. Vasili Levski Milli Stadionu


Qanunvehedef.az





Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar