Xəbər lenti
21/04/2025 [12:10]
Roma Papası öldü
19/04/2025 [14:59]
Sabah 21° isti olacaq
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Lirə son sutkada manata qarşı 10% ucuzlaşıb

Baxılıb: 404     Tarix: 24-11-2021 10:35   

Noyabrın 24-də Türkiyə lirəsinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsi daha 10,4% azalaraq 0,1334 manata enib ki, bu da yeni tarixi minimum sayılır.
"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının göstəriciləri əsasında apardığı hesablamalarına görə, lirənin manata qarşı məzənnəsi son bir ayda 24,7%, ilin əvvəlindən isə 41,8% azalıb. Hazırda 1 manat 7,496 lirəyə bərabərdir.
Ötən gün lirənin ABŞ dollarına qarşı məzənnəsi rekord səviyyədə azalıb - 15%. Geniş tənqidlərə, monetar siyasətin istiqamətinin dəyişilməsi və uçot dərəcəsənin yüksəkdilməsi istəklərinə baxmayaraq, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan faiz azalmalarını müdafiyə edib və "iqtisadi müstəqillik müharibəsində" qalib gələcəyinə söz verib.
Ötən gün birjada lirə ardıcıl 11 sessiya rekord minumumları yenilədikdən sonra cüzi möhkəmlənib və sonuncu sessiyanı 1 dollar/12,7015 lirə səviyyəsində başa vurub.

Qanunvehedef.azшаблоны для dle 11.2