Xəbər lenti
19/04/2025 [14:59]
Sabah 21° isti olacaq
18/04/2025 [13:39]
19-da 22° isti olacaq
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

TANAP ilə nəql edilən qazın həcmi məlum oldu

Baxılıb: 764     Tarix: 06-01-2025 13:45   

“2024-cü il dekabrın 31-dək TANAP ilə nəql edilən qazın ümumi həcmi 73,54 milyard kub metr təşkil edib”.
Qanunvehedef.az xəbər verir ki, bu barədə “SOCAR Türkiyə”nin baş icraçı direktoru Elçin İbadov mətbuat konfransında bildirib.
O qeyd edib ki, Türkiyə üçün nəql edilən kommersiya qazının ümumi həcmi 30,80 milyard kub metr olub. Avropa üçün nəql edilən kommersiya qazının ümumi həcmi isə 42,74 milyard kub metr təşkil edib.
E. İbadov bildirib ki, TANAP Azərbaycandan İtaliyaya qədər uzanan 3500 kilometrlik Cənubi Qafqaz Boru Kəməri (CQBK) və Trans Adriatik Boru Kəməri (TAP) ilə birlikdə Cənub Qaz Dəhlizinin ən mühüm hissəsidir. TANAP Avropa və Türkiyənin təbii qaz ehtiyatlarının müxtəlifliyinin artırılması ilə yanaşı Türkiyəni enerji dəhlizinə çevirmək istiqamətində bugünə qədər atılmış ən strateji addımlardan biridir. “SOCAR Türkiyə” TANAP-da 7% paya sahibdir və şirkətin idarə olunmasında aktiv şəkildə iştirak edir.

Qanunvehedef.azшаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar