Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Azərbaycan 2 ölkə ilə yeni saziş imzalayacaq

Baxılıb: 1 096     Tarix: 22-01-2025 14:40   

Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq həyata keçiriləcək.
Qanunvehedef.az xəbər verir ki, bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.
Bu Sazişə uyğun olaraq, Tərəflər hüquqi bərabərlik və qarşılıqlı maraqlar əsasında asağıdakı sahələr üzrə əməkdaşlıq həyata keçirirlər:
- yaşıl enerji mənbələrini diqqət mərkəzində saxlamaqla enerji sektorunda, o cümlədən, təmiz və bərpa olunan enerji mənbələrində və enerji səmərəliliyində əməkdaşlığın gücləndirilməsi;
- bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin transit ötürülməsində və təchizatında əməkdaşlıq;
- yaşıl hidrogen ve yaşıl ammonyakın istehsalı, nəqli ve ticarəti layihələrinin müəyyənləşdirilməsi;
- elektrik enerjisinin təhlükəsiz, etibarlı ve fasiləsiz ötürülməsini təmin etmək üçün texniki ve kommersiya şərtlərinin, inzibati qaydaların ve digər təşkilati tələblərin müəyyən edilməsi.
Yalnız enerji sektorunda üçtərəfli əməkdaşlıq sahələrini əhatə edən bu Saziş tərəflər arasında digər mövcud ikitərəfli əməkdaşlıq razılaşmalarına və fəaliyyətlərinə təsir göstərmir.

Qanunvehedef.azшаблоны для dle 11.2



buy yes2win seo ranking