“Azeri Light” (CIF) markalı neft bahalaşdı
Baxılıb: 550 Tarix: 19-02-2025 10:56

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti cüzi bahalaşıb.
Qanunvehedef.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,68 ABŞ dolları və ya 0,9% artaraq 77,48 ABŞ dollarına çatıb.
Qeyd edək ki, ötən gün Azərbaycan neftinin qiyməti 76,8 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15.81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149.66 ABŞ dolları qeydə alınıb.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər