Xəbər lenti
Arxiv
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Rəşad Nəbiyev gürcü nazirlə görüşündən danışdı

Baxılıb: 998     Tarix: 19-02-2025 12:57   

“Gürcüstana səfər çərçivəsində Baş nazirin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüşdük”. 
Qanunvehedef.az xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev sosial şəbəkə hesabında yazıb.
“İki ölkə arasında nəqliyyat sahəsində ikitərəfli əməkdaşlığı, o cümlədən dəmir yolu ilə sərnişin daşımalarını müzakirə etdik. Yüklərin Çindən Avropa istiqamətinə və geriyə daşınmasının səmərəli təşkili üçün mütəmadi tədbirlərin görülməsinə dair fikir mübadiləsi apardıq”, - nazir bildirib.
Qeyd edək ki, ötən gün Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi sözügedən görüşlə bağlı məlumat yayaraq Azərbaycan və Gürcüstan arasında dəmir yolu ilə sərnişindaşımanın mayın 1-dən bərpa ediləcəyini açıqlamışdı.

Qanunvehedef.azшаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar