Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Maliyyə göstəriciləri pisləşən "Bank of Baku"da səhmdarlar toplanır

Baxılıb: 1 046     Tarix: 27-02-2025 13:35   

Aprelin 14-də "Bank of Baku" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
Qanunvehedef.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə maliyyə qurumunun bildirişi dərc olunub. Lakin iclasın gündəliyi ictimaiyyətə açıqlanmayıb.
Qeyd edək ki, apeldə ölkədə fəaliyyət göstərən bir sıra bankların səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Bu iclaslarda əsasən 2024-cü ilin yekunlarına aid maliyyə hesabatlarının təsdiqlənməsi planlaşdırılır.
"Bank of Baku"ya gəlincə, 2024-cü ilin son rübünün maliyyə hesabatlarına görə, bankın mənfəət vergisindən əvvəlki mənfəti ötən ilin sonuna ilin əvvəli ilə müqayisədə azalıb. Maliyyə qurumunun cəlb etdiyi kreditlərə görə faiz ödənişləri artıb.
Bankın 760 milyon 424 min manatlıq kredit portfelində təminatsız kreditlərin payı 661 milyon 928 min manata çatıb. 1 ildən artıq vaxtı keçən kreditlər 5 milyon 113 min manat təşkil edib.
Bankın maliyyə göstəriciləri 2023-cü ildən pisləşib. Audit hesabatına əsasən, maliyyə qurumunun xalis faiz zərəri 1,185 min manatdan 7,744 min manata çatıb. Hesabat ilində bankın xalis mənfəəti 40,087 min manatdan 30,124 min manata düşüb. Beləliklə, bankın mənfəəti 10 milyon manata yaxın azalıb.
2024-cü ilin əvvəlində olan məlumata görə, "Bank of Baku" ASC-nin səhmdarları "Nab Holding Anonim Şirkəti"dir (35%), Hikmət Əbuzər oğlu İsmayılov (31%), "Azpetrol Neft Şirkəti" MMC (28,89%) və Elçin Həmid oğlu İsayevdir. (5%)

Qanunvehedef.azшаблоны для dle 11.2



buy yes2win seo ranking