Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Kövrək atəşkəs fonunda neft yenidən bahalaşdı

Baxılıb: 8319     Tarix: 09-04-2026 10:23   

ABŞ və İran arasında kövrək atəşkəs fonunda yaranan narahatlıqlar qlobal neft qiymətlərinin Asiya bazarlarında yüksəlməsinə səbəb olub.

Qanunvehedef.az xəbər verir ki, bazarlardakı gərginliyi İsrailin Livana qarşı hücumları və Tehranın qisas xəbərdarlıqları artırıb.

Çərşənbə günü iki həftəlik şərti atəşkəs və Hörmüz boğazıın yenidən açılması xəbərlərindən sonra kəskin düşən neft qiymətləri bölgədəki gərginliyin yenidən artması ilə yüksəlməyə başlayıb.

Belə ki, “Brent” markalı xam neftin qiyməti 2,2% artaraq, barel üçün 96,70 dollara, WTI markalı neft isə 2,8% artaraq 96,90 dollara çatıb.

Qiymətlər hələ də müharibə başlamazdan əvvəlki səviyyələrdən yüksək qalır.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar