“Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşdı
Baxılıb: 760 Tarix: 21-04-2026 10:46

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
Qanunvehedef.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 6,02 ABŞ dolları və ya 5,76% artaraq 110,51 ABŞ dolları olub.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 104,49 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.
Builki dövlət büdcəsində “Azeri Light”ın 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər




















