“Azeri Light” (CIF) markalı neft ucuzlaşdı
Baxılıb: 751 Tarix: 24-04-2026 10:11

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.
Qanunvehedef.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,09 ABŞ dolları və ya 1% azalaraq 112,02 ABŞ dolları olub.
Qeyd edək ki, ötən gün neftimiz 113,11 ABŞ dollarına ticarət edilib.
Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.
Builki dövlət büdcəsində “Azeri Light”ın 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər





















