Xəbər lenti
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları Sabir Əhmədlini saxladı.

Baxılıb: 1 508     Tarix: 13-02-2024 14:53   
Suraxanı rayonunda saxlanılan şəxsdən 3 kiloqram narkotik vasitə aşkar edildi.
Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı Yeni Günəşli qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 1993-cü il təvəllüdlü Sabir Əhmədli saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Qanunvehedef.az-a verilən məlumata görə, saxlanılan şəxsin üzərindən 3 kiloqram 60 qram narkotik vasitə - marixuana aşkar edilib.
Saxlanılan şəxs ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən narkotikləri ayrı-ayrı ünvanlara çatdırıb pul qazanmaq məqsədilə əldə etdiyini bildirib.
S.Əhmədli barəsində araşdırmalar davam etdirilir.
Bundan başqa, Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşları tərəfindən son günlər aparılan profilaktik tədbirlər zamanı daha 2 ədəd müvafiq sənədləri olmayan silah vətəndaşlar tərəfindən könüllü olaraq polisə təhvil verilib.

Əbdülqəni Hüseynov
 



{sape_links}{sape_article}