Xəbər lenti
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Qəbələdə RPŞ-si narkotik satan şəxsləri saxlayıb.

Baxılıb: 709     Tarix: 16-02-2024 10:27   

Qəbələ RPŞ tərəfindən rayon ərazisində narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər saxlanılıb.
Qanunvehedef.az DİN-nin Mətbuat xidmətinin Şəki regional qrupuna istinadən xəbər verir ki, polis narkotik satışında şübhəli bilinən Çinar Soltanovu saxlayıb. Şəxsi axtarış zamanı ondan qurudulmuş marixuana aşkar edilib. Araşdırma zamanı Ç.Soltanovun narkotik vasitəni Qəbələnin Tola kənd sakini Mərdan Əzəmmədovdan 120 manata satış məqsədilə aldığı məlum olub. Davam etdirilən tədbirlərlə M.Əzəmmədov da polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə və yaşadığı ünvana baxış keçirilərkən satış məqsədilə saxladığı qurudulmuş marixuana aşkarlanaraq maddi sübut kimi istintaqa təqdim olunub.
Faktlarla bağlı cinayət işləri başlanıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir




Qanunvehedef.az



{sape_links}{sape_article}