Paşinyan əraziləri qaytarmasa, Araik bütün sirləri açacaq - Ermənilər nədən qorxur?
Baxılıb: 381 Tarix: 15-03-2024 10:10
Ermənistanda Bakıda həbsdə olan separatçıların AzTV-də yayımlanacaq müsahibələri ilə bağlı müzakirələr davam edir. Martın 28-də efirə gedəcək sənədli filmdə Araik Arutyunyanın danışacağı gözlənilir, o cümlədən, digər separatçıların da danışacağının anonsu verilib.
Publika.az xəbər verir ki, Ermənistan mediası Araikin müharibə haqda sirləri açacağını və bu etirafların rəsmi İrəvanı çətin vəziyyətə salacağını yazır.
Erməni şərhçi Edik Andreasyanın iddiaları bu kontekstdə xüsusilə diqqət çəkir. Onun fikrincə, separatçıların etirafları Ermənistanın işğalçı kimi məsuliyyət daşımasına dair faktlar yarada bilər və Azərbaycanın bundan istifadə edəcəyi gözləniləndir.
"Maraqlıdır ki, bu müsahibələr hara hesablanıb, Azərbaycan cəmiyyətinə, yoxsa erməni ictimai rəyinə. O da maraqlıdır ki, onlar müsahibəni hansı dildə verəcəklər. Nikol Paşinyan isə bu haqda susur. Görünür o, qeyri-müəyyənlik içində ilişib qalıb", - erməni şərhi qeyd edib.
E. Andreasyan hesab edir ki, Araik və digər separatçıların Azərbaycan televiziyasına çıxmasının siyasi nəticələri də olacaq.
"İstisna deyil ki, Bakı İrəvan qarşısına tələb qoyub: Paşinyan ya əraziləri təhvil verib (işğal altında qalan 8 kənd-red), sülh müqaviləsini imzalamalıdır, ya da Araik və digərləri bildiklər sirləri açacaq və bu sirlər bütün dünyaya yayılacaq", - erməni şərhçi iddia edib.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər