Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Ağdaşda narkotik və oğurluq cinayətlərinə görə 23 nəfər saxlanılıb - FOTO

Baxılıb: 281     Tarix: 01-04-2024 11:39   

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının son bir ay ərzində keçirdikləri əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan 21 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, onlardan heroin, marixuana, eləcə də kultivasiya edilərək yetişdirilən çətənə bitkiləri aşkarlanıb. Saxlanılanların bir neçəsi əvvəllər də analoji cinayət törətdikləri üçün məhkum olunublar.
Həyata keçirilən digər tədbir zamanı oğurluq edən rayon sakinləri - əvvəllər məhkum olunmuş İlkin Məmmədov və Anar Osmanov saxlanılıblar.
Onların rayon ərazisində xırdabuynuzlu heyvanları oğurladıqları məlum olub. A.Osmanov və İ.Məmmədov heyvanları Qəbələ rayonuna apararaq orada satdıqlarını bildiriblər. Faktlarla bağlı cinayət işləri başlanıb, araşdırmalar aparılır.




Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar