Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Neftçalada narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb

Baxılıb: 656     Tarix: 05-04-2024 10:21   

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini, əvvəllər məhkum olunmuş Fahim Muradov saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, onun üzərindən bir kiloqrama yaxın marixuana aşkar edilərək götürülüb.
F.Muradovun rayon ərazisində yerləşən evlərdən birindən dəmir borular oğurladığı da müəyyən edilib.
Bundan əlavə, rayon ərazisində aksiz markasız tütün məmulatlarının satışına qarşı keçirilən tədbirlər zamanı Biləsuvar rayon sakini Z.Bədilov da saxlanılıb. Ondan aksiz markası olmayan 820 ədəd müxtəlif markalı siqaret aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Qanunvehedef.az



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar