Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Bəraət alan şirkət rəhbəri həbs edildi

Baxılıb: 696     Tarix: 22-04-2024 10:52   

Ötən il bəraət alan “Protəmir İnşaat” şirkətinin rəhbəri İlyas Namazov həbs edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi belə qərar qəbul edib.
Elbəy Allahverdiyevin sədrlik etdiyi məhkəmə heyəti prokurorun protestini və zərərçəkmişlərin şikayətini əsaslı hesab edib.
Qərara əsasən İ.Namazov 2 il 6 ay azadlıqdan məhrum edilib. Şirkət rəhbəri məhkəmə zalında həbs edilib. Zərərçəkmiş şəxslərin mülki iddiaları isə qismən təmin edilib.
Qeyd edək ki, İ.Namazov zərərçəkmiş şəxslərə ev təmir edəcəyi vədi verərək onların pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunub.
Lakin Nərimanov Rayon Məhkəməsi ittihamı əsassız sayıb. Namazova dəlil və sübut yetərsizliyi əsası ilə bəraət verilmişdi.

Qanunvehedef.az



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar