Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Müşfiq Atakişiyevə 14 il 6 ay həbs cəzası verild

Baxılıb: 769     Tarix: 10-05-2024 12:22   

“Təfəkkür” Universitetinin prorektoru Tariyel Əhmədovun qətli ilə bağlı məhkəmə araşdırması başa çatıb.
“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Hökmə əsasən təqsirləndirilən şəxslər ayrı-ayrılıqda tamah məqsədilə adam öldürməkdə təqsirli bilinib. Keçmiş rektor Müşfiq Atakişiyev, Samir Quliyev və Dəyanət Quliyev hər biri 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Mərhum prorektorun qətlinin sifarişçisi kimi mühakimə edilən eks-rektor son sözündə Tariyel Əhmədovu öldürtdürmək fikrinin olmadığını təkrar edərək məhkəmədən yüngül cəza verilməsini xahiş edib.
Qeyd edək ki, hadisə 13 il əvvəl - 2011-ci ildə baş verib. İttihamda deyilir ki, həmin vaxt “Təfəkkür” Universitetinin rektoru işləyən Müşfiq Atakişiyev özünə rəqib hesab etdiyi prorektor Tariyel Əhmədovun qətlini bacısı oğlu Dəyanət Quliyevə sifariş verib. D. Quliyev isə bu işi qonşusu Samir Quliyevə icra etdirib. Cinayətin üstü 12 il sonra açılıb.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adamöldürmə) maddəsi ilə ittiham irəli sürülüb.


 Qanunvehedef.azшаблоны для dle 11.2