Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Yevlax rayonunda qadının qətlinə görə əri saxlanıldı

Baxılıb: 577     Tarix: 20-05-2024 11:05   

 Yevlaxda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb.
Qanunvehedef.az rayon prokurorluğuna istinadən xəbər verir ki, mayın 19-da 1984-cü il təvəllüdlü Ləman Şükürovanın öldürülməsi barədə məlumat daxil olub.
Araşdırma zamanı 1964-cü il təvəllüdlü Mətləb Şükürovun ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı arvadı Ləman Şükürovaya bıçaqla xəsarət yetirərək qəsdən öldürməsi, daha sonra isə özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Mətləb Şükürov Yevlax rayon mərkəzi xəstəxanasında tibbi müayinədən keçirilərək müalicə edilib və vəziyyəti stabil olduğundan prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi
başlanaraq ibtidai istintaq aparılır.

Qanunvehedef.azшаблоны для dle 11.2